Xəzər Xəbər

İtkin düşən 6 yaşlı uşaqla bağlı dəhşət üzə çıxdı - Anası... VİDEO

İtkin düşən 6 yaşlı uşağın cinayətə qurban getdiyi məlum olub.
Veb TV | 15:05 • 2 Mart 2021
İtkin düşən 6 yaşlı uşaqla bağlı dəhşət üzə çıxdı - Anası...

İtkin düşən 6 yaşlı uşağın cinayətə qurban getdiyi məlum olub.

NYpost xəbər verir ki, 6 yaşlı oğlanı öldürən şəxsin kimliyi aşkarlanıb. Məlum olub ki, onu öldürən şəxs elə onun itkin düşməsi barədə polisə məlumat verən anasıdır.

ABŞ-ın Ohayo ştatında yaşayan 29 yaşlı Brittany Gosney iki gün əvvəl polisə müraciət edərək 6 yaşlı oğlu James Robert Hutchinson-un itkin düşdüyünü bildirib.

Ötən gün cinayətin üstü açılıb, qadın övladını öldürdüyünü boynuna alıb. O bildirib ki, avtomobillə oğlunun üstündən keçdikdən sonra meyitini çaya atıb.

Qadın həbs olunub./Milli.Az

Xəbər lenti