Xəzər Xəbər

3 metrllik quyuya düşən xəstə qadın möcüzəvi şəkildə sağ qaldı VİDEO

Veb TV | 14:33 • 2 Mart 2021
3 metrllik quyuya düşən xəstə qadın möcüzəvi şəkildə sağ qaldı

3 metrlik quyuya düşən yaşlı qadın 8 gün boyunca sağ qalıb.

The Sun xəbər verir ki, Braziliyada yaşayan 76 yaşlı Dona Geralda 3 metrlik quyuya düşüb, 8 gün köməksiz qalıb.

Qohumları və qonşuları onu hər yerdə axtarsalar da tapa bilməyiblər. Onlar şəhərdəki bütün xəstəxanaları, hətta morqları da gəzib qadını axtarıblar.

Öldüyü düşünülən qadın 8 gün sonra düşdüyü quyudan çıxarılıb. Şəkər xəstəliyindən əziyyət çəkən qadının bu qədər vaxt ac qalmasına rəğmən sağ tapılması hər kəsi təəccübləndirib.

Qadın bildirib ki, bu qədər vaxt ancaq yağış suyu içib.

Qeyd edək ki, 76 yaşlı qadın əri və övladları öldükdən sonra tək yaşayır./Milli.Az

Xəbər lenti