Bakı 17 ℃
Xəzər Xəbər
USD 1.7

Bakıda narkotacir tutuldu VİDEO

Bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.
Veb TV | 86 | 13:14 • 2 Mart 2021
Bakıda narkotacir tutuldu

Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında həyata keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən vətəndaş Hikmət Qurbanov saxlanılıb.

Bu barədə XəzərXəbər-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, onun üzərinə baxış zamanı 2 ədəd bağlamada ümumi çəkisi 3 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkar edilib.

Araşdırma zamanı müəyyən olunub ki, Hikmət Qurbanov şəxsiyyəti istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı ilə sosial şəbəkələrdə əlaqə yaradaraq narkotik vasitələrin Bakı şəhərinə gətirilməsinə köməklik edib.

Saxlanılan şəxs həmin xarici ölkə vətəndaşının göstərişi ilə narkotik maddələri paytaxtın müxtəlif yerlərinə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını və satılmasını təşkil etməli imiş.

Qeyd edilən faktla bağlı saxlanılan şəxs barəsində Nəsimi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. H.Qurbanov tutularaq istintaqa cəlb olunub.

Narkotik maddələrin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Çox oxunanlar

Bir həftə iş olmayacaq
308 | 17:16 • 19 Aprel 2021
Qubadlının Yuxarı Mollu kəndi video
1,044 | 11:28 • 24 Mart 2021