Xəzər Xəbər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bir sıra açılışlarda iştirak ediblər video

Veb TV | 21:01 • 1 Mart 2021
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bir sıra açılışlarda iştirak ediblər

Martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı gəmiqayırma zavodunda “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması və eyni təyinatlı “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində iştirak ediblər.

Xezerxeber.az-ın məlumatına görə, Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmçinin dünyada ilk dəfə Bakıda yaradılan “Suraxanı” tanker-muzeyinin açılışında iştirak ediblər. 

Sonra Prezident İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti üçün inşa olunan yeni inzibati binanın açılışında iştirak edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti