Xəzər Xəbər

Şəhid Vüqar Zamanovun şərəfli döyüş yolu... video

Veb TV | 22:29 • 1 Mart 2021
Şəhid Vüqar Zamanovun şərəfli döyüş yolu...

Ən böyük arzusu Şuşanı işğaldan azad etmək idi. Şuşa uğrunda döyüşlərdə də şəhid oldu…

Xezerxeber.az-ın məlumatına görə, söhbət Füzulinin Horadiz şəhərindən olan 25 yaşlı şəhid Vüqar Zamanovdan gedir.

Vüqar orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Sonra isə müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına yazılıb.

Kəşfiyyatçı olan Vüqar Zamanov Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavəndin işğaldan azad edilməsində qəhrəmanlıq göstərib. Noyabrın 5-də Daşaltıda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

Vüqarın valideynlərinin sözlərinə görə, müharibədən sonra övladlarına toy etmək niyyətləri olub.

Vüqar Zamanov döyüşlərdə göstərdiyi şücaətlərə görə 4 medalla təltif edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti