Xəzər Xəbər

Bu il 3 minə yaxın şəhid ailəsi və müharibə əlilinə ev veriləcək video

Veb TV | 21:11 • 1 Mart 2021
Bu il 3 minə yaxın şəhid ailəsi və müharibə əlilinə ev veriləcək

Bu il 3 minədək mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə təqdim ediləcək.

Bunu "Xəzər Xəbər"ə açıqlamasında Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov deyib.

O bildirb ki, cari ildə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olan bütün şəhid ailələri və müharibə əlilləri mənzillə təmin ediləcək. Bu məqsədlə Xocasən qəsəbəsində, Sumqayıt şəhərində və Qaradağ rayonunda yaşayış kompleksləri tikiləcək və il ərzində hazır olduqca istifadəyə veriləcək.

Vüqar Behbudov qeyd edib ki, bu vaxta qədər 9200-dək mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə verilib. Təkcə ötən il 1572 mənzil bu kateqoriyadan olan insanlara təqdim edilib. Növbəti 5 il ərzində şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı tam başa çatdırılacaq.

Vüqar Behbudov əlavə edib ki, növbədə olan şəhid ailələri və müharibə əlillərinə bu həftə Ramana qəsəbəsində yerləşən binalardan mənzillər veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti