Xəzər Xəbər

Zərdab və Samux rayonlarında qətl hadisələri törədilib video

Veb TV | 20:49 • 1 Mart 2021
Zərdab və Samux rayonlarında qətl hadisələri törədilib

Zərdabda kişi arvadını qətlə yetirib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb.

Kənd sakini, 56 yaşlı Məhərrəm Aslanov  ailə münaqişəsi zəminində həyat yoldaşı, 53 yaşlı Rəhilə Aslanovanı boğaraq öldürüb.  Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, Məhərrəm Aslanov saxlanılaraq istintaqa cəlb edilib.

Faktla bağlı  Zərdab rayon prokurorluğunda zəruri istintaq hərəkətləri aparılır.

Samux rayonunda da qətl törədilib. Rayonun Sərkar kəndində qarın nahiyəsindən bıçaq xəsarəti almış 31 yaşlı  Məmmədov Elşən Arzu oğlu xəstəxanaya aparılarkən yolda ölüb. Hadisənin təfərrüatları hələ ki bilinmir.

Faktla bağlı araşdırmalar  aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti