Xəzər Xəbər

Beynəlxalq media nümayəndələrinin Qarabağa səfəri mütəmadi təşkil olunacaq VİDEO

Veb TV | 21:57 • 26 Fevral 2021
Beynəlxalq media nümayəndələrinin Qarabağa səfəri mütəmadi təşkil olunacaq

Beynəlxalq media nümayəndələrinin Qarabağa səfərləri davamlı olaraq təşkil olunacaq. Prezidentin köməkçisi Hikmət Hacıyev bu barədə məlumat verib. O bildirib ki, xarici media nümayəndələri müxtəlif qruplar halında fərqli istiqamətlərə səfərlər edəcəklər. 

İşğaldan azad olunmuş torpaqlara Azərbaycanda akkreditə olumuş diplomatik nümayəndələr, ekspertlər, mütəxəssislər ilə yanaşı, həm də beynəlxaq media mənsublarının səfərləri təşkil olunur və proses bundan sonra da davam edəcək. Bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev məlumat verib. O bildirib ki, hazırda ölkəmizdə olan xarici media nümayəndələri qruplar şəklində Ağdam, Füzuli, Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarına səfər edərək, ermənilərin törətdikləri vəhşiliyin şahidi olublar.

Hikmət Hacıyev konfrans zamanı bəzi xarici media nümayəndələrinin prezidentə ünvanladığı qərəzli suallara da münasibət bildirib.

Hikmət Hacıyev 4 saatdan artıq davam edən  mətbuat konfransını Azərbaycanın informasiya savaşındakı növbəti qələbəsi adlandırıb. Onun sözlərinə görə, məhz Xocalının 29-cu ildönümündə keçirilən konfransda Prezident  İlham Əliyev Azərbaycan həqiqətlərini 35-dən artıq meda orqanı vasitəsilə dünya ictimaiyyətinə çatdırmış oldu.

Xəbər lenti