Xəzər Xəbər

Niyə bəzi yerlərdə qaz yoxdur? VİDEO

Sakinlərin müraciəti ilə bu gün çəkiliş qrupumuz belə problemlərin yaşandığı Bakının Hövsan qəsəbəsi, Gəncənin isə Qızılqaya qəsəbəsində olublar.
Veb TV | 21:57 • 25 Fevral 2021
Niyə bəzi yerlərdə qaz yoxdur?

Ölkə ərazisində havaların kəskin dəyişməsinə görə, bəzi ərazilərin qaz təchizatında problemlər yaşanıb. Sakinlərin müraciəti ilə bu gün çəkiliş qrupumuz belə problemlərin yaşandığı Bakının Hövsan qəsəbəsi, Gəncənin isə Qızılqaya qəsəbəsində olublar. "XəzərXəbər"in müdaxiləsindən sonra qaz təchizatındakı problemlər demək olar ki, aradan qaldırılıb.

Qaz zəif gəlir, sakinlər evlərini isitmək üçün elktrik qızdırıcılardan istifadə edirlər. Kiçikdən böyüyə hər kəs bir vasitə ilə qızınmağa çalışır.

Hövsan qəsəbəsinin Çöllük küçəsindəki bəzi evlərdə qaz təchizatında problem yaşanır. Sakinlər deyir ki, qış ayları gələndə qazın təzyiqi çox aşağı olur. 

Axşam saatlarında sakinlərlə əlaqə saxladıq, bilidirdilər ki Xəzər Xəbər çəkiliş apardıqdan sonra Azəriqaz-in əməkdaşları problemin həlli üçün əraziyə gəliblər.

Ötən gün yağmağa başlayan aramsız qar və temperaturun kəskin düşməsi Gəncədə də qaz təchizatı ilə bağlı problemlər yaradıb. Şəhərin əksər ərazilərində mavi yanacağın təzyiqi kəskin azalıb, bəzi məhəllələrdə isə qazın verilişində fasilə yaranıb. Belə ərazilərdən biri də şəhərin Qızılqaya qəsəbəsidir. Sakinlər deyir ki, bu ərazidə qazın təzyiqi ilə bağlı problem ilin əksər vaxtlarında olur, havalar soyuyanda isə vəziyyət daha da kiritik həddə çatır.

Azəriqaz istehsalat birliyinin şöbə rəisi Ceyhun Səfərov bildirdi ki, yüksək təzyiqli qaz xətlərində təzyiq aşağı düşdüyündən sözügedən ərazilərin qaz təchizantında da çətinliklər yaranmışdı.

XəzərXəbər olaraq yenidən sakinlərlə əlaqə saxladıq. Onlar problemin aradan qaldirilmasi üçün işlərin getdiyini bildirdilər.

Xəbər lenti