Xəzər Xəbər

Məcburi köçkünlər arasında sorğu keçirilir VİDEO

Böyük Qayıdış üçün məcburi köçkünlərlə sorğular aparılır.
Veb TV | 21:44 • 25 Fevral 2021
Məcburi köçkünlər arasında sorğu keçirilir

Böyük qayıdışın daha səmərəli və effektiv olması üçün məcburi köçkünlərlə sorğular aparılır. Məsqəd məcburi köçkünlərin öz doğma yurdlarına qayıtma planlarını, istək və təkliflərini öyrənməkdir. Nəticələr analiz ediləcək və hökumətə təkliflər paketi təqdim olunacaq. 

Böyük Qayıdış üçün məcburi köçkünlərlə sorğular aparılır.

"Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı" nəzdindəki İdarələrarası Mərkəzin işçi qrupları sistemli araşdırmalar aparır. Bu cür araşdırmalardan birini də ADA Univerisitetində təşkil edilmiş işçi qrupu aparır. İşçi qrupunun üzvü, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bildirib ki, bu həftə onlayn sorğulara başlanıb və hazırda da proses davam edir.

Evlərdə üzbəüz müsahibə üçün də sorğu anketləri hazırlanıb. Bu məqsədlə yerli və xarici mütəxəssislərdən ibarət 15 nəfərlik tədqiqat qrupu da yaradılıb. Sorğuların keçirilməsində məqsəd məcburi köçkünlərin hazırki durumları ilə tanış olmaq və onların öz doğma yurdlarına qayıtma planlarını, istək və təkliflərini öyrənməkdir. Bütün məlumatlar analiz ediləcək və hökumətə təkliflər paketi təqdim olunacaq. Həmin insanların Qarabağda hansı işlə məşğul ola biləcəyi, hansı sahədə daha effektiv fəaliyyət göstərə biləcəyi də təkliflər arasında olacaq. 

Ekspertlərin hazırladığı sorğu anketləri sorgu.ada.edu.az internet səhifəsində də yerləşdirilib. Məcburi köçkünlər bu üsulla da sorğuda iştirak edə bilərlər. Sorğu zamanı Böyük Qayıdışda özəl şirkətlərin və sahibkarların rolu, onların görə biləcəyi işlər və imtiyazlar da araşdırılır. İlkin nəticələr apreldə hökumətə təqdim ediləcək. 

 

Xəbər lenti