Xəzər Xəbər

"Zirə" "Neftçi"ni məğlub etdi VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib.
Veb TV | 19:28 • 25 Fevral 2021
"Zirə" "Neftçi"ni məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib.

XəzərXəbər-in məlumatına görə, çempionatın lideri "Neftçi" səfərdə "Zirə" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Yeganə qolu 67-ci dəqiqədə Davit Volkov vurub. Gürcüstanlı hücumçu 77-ci dəqiqədə qonaq komandanın müdafiəçisi Tallisonun müdaxiləsindən sonra zədələnərək meydanı xərəkdə tərk edib. Onun yerinə oyuna Musa Qurbanlı daxil olub.

Bu qələbədən sonra xalını 28-ə çatdıran "Zirə" 3-cü pillədəki mövqeyini qoruyub. "Neftçi" isə 33 xalla ilk sırada yer alır.

Qeyd edək ki, turun açılış matçında "Qəbələ" evdə "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib. Digər görüşdə "Sabah" "Keşlə" ilə qarşılaşır. Tura bu gün keçiriləcək "Qarabağ" - "Səbail" oyunu ilə yekun vurulacaq.

Premyer Liqa, 17-ci tur

“Zirə” – “Neftçi” - 1:0

Qol: Davit Volkov, 55

Xəbər lenti