Xəzər Xəbər

Növbəti üç gün ərzində hava necə olacaq? VİDEO

Ölkə ərazisində hava şəraiti getdikcə mülayimləşəcək.
Veb TV | 20:28 • 25 Fevral 2021
Növbəti üç gün ərzində hava necə olacaq?

Ölkə ərazisində fevralın 23-ü axşam saatlarından hava kəskin dəyişdi. Fevralın 24-isə Bakıda son 9 ilin ən soyuq  havası qeydə alındı. Bəs qarşıdakı günlərdə bizi  necə hava gözləyir? Bununla bağlı sualı Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova cavablandırıb.

Ölkə ərazisində hava şəraiti getdikcə mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova  bildirib ki, bakıda və abşeron yarmadasında ötən günlərlə müqayisədə havanın temperaturu yüksələcək

Bölgələrdə də sərt hava şəraiti bir qədər yumşalacaq. Bəzi rayonlarda 8-13 dərəcə isti proqnozlaşdırılır.

Qeyd edək ki, yaxın günlərdə havanın yenidən kəskin dəyişəcəyi gözlənilmir.

Xəbər lenti