Xəzər Xəbər

Xaçmazda 40 min manata yaxın oğurluq edən dəstə üzvləri saxlanıldı VİDEO

Veb TV | 20:17 • 25 Fevral 2021
Xaçmazda 40 min manata yaxın oğurluq edən dəstə üzvləri saxlanıldı

Xaçmazda silsilə oğurluqlar edərək vətəndaşlara 40 min manata yaxın maddi ziyan vuran dəstə üzvləri saxlanıb. Məlum olub ki, oğurluq əməllərini 4 nəfər əlbir şəkildə həyata keçirib.

Xaçmazda qabaqcadan əlbir olaraq rayon ərazisində yerləşən fərdi yaşayış evlərindən və mağazalardan silsilə oğurluqlar edərək zərərçəkmişlərə xeyli miqdarda maddi ziyan vuran dəstə üzvləri saxlanıb.

Araşdırmalarla onların Xaçmaz rayon sakinləri - Məmməd Sultanov, Eyvaz Paşayev, Şəmsəddin Almasov və Taleh Orucəliyev olduqları müəyyən edilib. Məlum olub ki, dəstə üzvləri ümumilikdə 13 fərdi yaşayış evinə və mağazaya qanunsuz daxil olaraq, zərərçəkmişlərə məxsus məişət əşyaları və avadanlıqları, mobil telefonlar, elektrik generatoru, təsərrüfat malları, kombi və radiatorlar, ov silahı, eləcə də ümumilikdə 10 min manatdan çox pul və 8 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıblar. 

Oğurladıqları əşyaların bir qismini dəyərindən ucuz qiymətə satan dəstə üzvləri, satışdan əldə etdikləri pulları öz aralarında bölüblər. Oğurluq yol ilə əldə edilmiş əşyaların xeyli hissəsi isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub. Faktlarla bağlı həmin şəxslər barəsində  cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

Xəbər lenti