Xəzər Xəbər

"Barselona" Messinin dublu ilə qalib gəldi VİDEO

Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Veb TV | 14:33 • 25 Fevral 2021
"Barselona" Messinin dublu ilə qalib gəldi

İspaniya La Liqasında 1-ci turunda təxirə salınmış "Barselona" - "Elçe" matçı keçirilib.

Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

La Liqada turnir cədvəlinə 55 xalla "Atletiko" başçılıq edir. "Real" 52 xalla 2-ci, "Barselona" 50 xalla 3-cü, "Sevilya" 48 xalla 4-cüdür. 21 xalı olan "Elçe" 19-cu yerdə qərarlaşıb.

"Barselona" - "Elçe" - 3:0

Qollar: Lionel Messi, 48, 68, Xordi Alba, 73

 

 
 

Xəbər lenti