Xəzər Xəbər

Bakıda güclü qar səbəbindən baş verən dəhşətli qəzalar VİDEO

Veb TV | 22:23 • 24 Fevral 2021
Bakıda güclü qar səbəbindən baş verən dəhşətli qəzalar

Yollarda  məlum  vəziyyət və  çətin hava şəraiti  qəzalara da səbəb olub. Günün ən ağır yol nəqliyyat hadisəsi Qaradağ rayon ərazisində baş verib. Zəncirvari qəzada ən azı 20 avtomobilə ziyan dəyib. Hadisə nəticəsində 1 nəfər dünyasını dəyişib. Axşam və gecə  saatlarında havanın şaxtalı olması bəzi yollarda təhlükəni birə beş artırır.   Baş Dövlət Yol Polisi bununla bağlı sürücülərə xəbərdarlıq edib. Ehtiyatlı olun.

Qarlı yollarda qalan avtomobillər, idarəetməni itirib qəza törədən sürücülər. Görüntülər paytaxt ərazisindədir.

Ölkə ərazisində havanın kəskin dəyişməsi yüngül qəzalarla yanaşı, ağır yol nəqliyyat hadisələrinə də səbəb olub. Bir nəfərin ölümü ilə nəticələnən günün ən ağır qəzalarından biri Bakı-Qazax avtomobil yolunun 10-cu kilometrliyində, Qaradağ rayonu ərazisində baş verib. Rəsmi açıqlamada zəncirvari qəzanın 8 avtonəqliyyat vasitəsinin iştirakı ilə baş verdiyi bildirilsə də görüntülərdə  ən azı 20 avtomobil toqquşub.Qəza nəticəsində 4 nəfərin də xəsarət aldığı bildirilir.

Bu gecə də havanın şaxtalı olması yollarda asfalt örtüyünün buz bağlamasına səbəb olacaq. Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi xəbərdarlıq edir ki, sürücülər qəza hallarının baş verməməsi üçün hava şəraitini nəzərə almalıdılar. Bəs paytaxt ərazisindəki ən təhlükəli yollar hansılardır?

Vaqif Əsədov qeyd etdi ki, hava şəraitinə görə sürücülərin şəxsi avtomobillərdən istifadə etməsi tövsiyyə olunmur.  Yola çıxan sürücülər hər iki oxu aparıcı olan, qış şinləri ilə təchiz olunan nəqliyyat vasitələrindən istifadə etməlidirlər.

Xəbər lenti