Xəzər Xəbər

Qar yağdı, Bakı sakinləri yolda qaldı - Taksilər qiymətləri artırdı VİDEO

Veb TV | 22:10 • 24 Fevral 2021
Qar yağdı, Bakı sakinləri yolda qaldı - Taksilər qiymətləri artırdı

Bu gün ictimai nəqliyyatdakı vəziyyəti izlədiniz. Hər halda gücləndirilmiş iş yəqin ki bax belə zamanlara da şamil olunmalıdır. Mənzil başına tələsən sərnişin avtobus gözləyir tapmır .  30-40 dəqiqə şaxtada dayanacaqda gözləmək  mümkündür mü ?  Yaşlısı var uşağı var. Sağlamlığında problem olanı var. Üstəlik pandemiyası var, karantini var. Əlqərəz sərnişin mənzilbaşına çatmalıdır və  məcburi üz tutur taksiyə. Bu zaman nə yaşanır. Fürsətdən istifadə edən bəzi taksi sürücüləri də qiymətləri artırırlar. Bu artımın hətta 2-3 dəfədən artıq olmasına da rast gəlinib. Sürücünün də özünə görə haqlı saydığı məqamlar var. Yollarda hərəkət təhlükəlidir.  Hər sifariş riskə bərabərdir deyir.  Bu halda müqəssir axtarışı çətinləşir. Ya da iş qalır vicdana. 

Qar yağdı, taksi qiymətləri ceyran belinə mindi.

Güclü qar səbəbindən paytaxt nəqliyyatında yaranan problem, xüsusilə də ictimai naqliyyatda gecikmələr və dayanacaqlarda yaranan sərnişin sıxlığı taksilərə tələbatı artırdı. Bu isə qiymət artımı ilə müşayiət olundu... Sərnişinlərin sözlərinə görə, bəzi taksi şirkətləri və fərdi şəxslər qiymətləri hətta 2-3 dəfə artırıblar. 

Bəzi taksi şirkətləri isə ya ümumiyyətlə telefonlara cavab verməyib, ya da zəng edib düşmək mümkün olmayıb. 

Şəhər ərazisində və mərkəzi hissələrdə səyyar taksilər də əvvəlki günlərə nisbətən az gözə dəyirdi. 

Taksi sürücüləri isə əməkdaşlıq etdikləri şirkətlərin qiymətləri 20-25 faiz artırdığını bildirdilər. Fərdi şəkildə xidmət göstərdikdə isə qiymətləri dəyişmədiklərini dedilər. 

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, qiymətləri qurum tənzimləmir. 

Xəbər lenti