Bakı 10 ℃
Xəzər Xəbər
USD 1.7

Sayğac oğruları ələ keçdilər VİDEO

Veb TV | 291 | 20:41 • 27 Yanvar 2021
Sayğac oğruları ələ keçdilər

Sumqayıtda binaların girişlərindən 20-dən artıq su sayğacı oğurlayan şəxslər saxlanıblar. Qubada isə restorandan oğurluq edən gənclər tutulub.


Su sayğaclarını oğurlayanlar ələ keçiblər.


Sumqayıtda şəhər ərazisində binaların girişlərində quraşdırılan su sayğaclarını oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Mehman Şərifov və Anar Kişiyev saxlanıblar. Onların şəhər ərazisində 20-dən artıq mənzilin su sayğacını oğurladıqları müəyyən edilib.


Onların əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə məlumat verə bilərlər.


Qubada isə restorandan oğurluq edən gənclər saxlanıblar. Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən və fəaliyyəti müvəqqəti olaraq dayandırılan restoranların birindən müxtəlif vaxtlarda elektrik generatoru, mühərrikli otbiçən, su nasosu və digər əşyaların oğurlanması barədə müraciət daxil olub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şabran rayon sakinləri - Sərdar Məmmədov, Tehran Cavadov və Ağamusa İsakov saxlanıblar.


Faktla bağlı cinayət işi başlanıb, onların digər qanunsuz əməllərinin olub-olmadığı araşdırılır.


Çox oxunanlar

Qubadlının Yuxarı Mollu kəndi video
1,025 | 11:28 • 24 Mart 2021