Bakı 10 ℃
Xəzər Xəbər
USD 1.7

Fərman İsmayılovun nəşi Bakıya gətirildi VİDEO

Veb TV | 314 | 20:33 • 27 Yanvar 2021
Fərman İsmayılovun nəşi Bakıya gətirildi

Yanvarın 23-də dəniz quldurlarının Türkiyəyə məxsus gəmiyə hücumu nəticəsində öldürülən azərbaycanlı mühəndis Fərman İsmayılovun nəşi ölkəyə gətirilib. İlkin olaraq meyitə məhkəmə tibbi eksperti tərəfindən baxış keçiriləcək, ondan sonra mərhumun nəşi ailəsinə təhvil veriləcək


Mərhumun cənazəsinin qarşılanmasında ailə üzvləri, xarici işlər nazirliyi və digər dövlət qurumlarının rəsmiləri iştirak ediblər. Xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib ki, mühəndisin nəşinin ölkəyə gətirilməsi istiqamətində Türkiyə və Azərbaycan arasında qarşılıqlı əlaqələndirmə əsasında bütün lazımi tədbirlər həyata keçirilib.


Leyla Abdullayeva bildirib ki, Fərman İsmayılovun cənazəsi ilk olaraq Baş Prokurorluğa təhvil veriləcək


Xatırladaq ki, yanvarın 23-də Nigeriya sahillərində dəniz quldurları Türkiyə şirkətinə məxsus "Motsart" adlı gəmiyə hücum ediblər. Gəmin heyətinin 19 üzvündən 15-i girov götürülüb, hücum nəticəsində Fərman İsmayılov adlı azərbaycanlı mühəndis həlak olub.


Çox oxunanlar