Xəzər Xəbər

Bakıda tükürpədici cinayət: Qadını doğrayıb zibil qutusuna atdılar VİDEO

Veb TV | 20:25 • 27 Yanvar 2021
Bakıda tükürpədici cinayət: Qadını doğrayıb zibil qutusuna atdılar

Zibil qutularından doğranmış qadın meyiti tapılıb. Hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib. Qətl hadisəsini törətmiş şəxs və ya şəxslər naməlum qadının meyitinin hissələrini kisələrə və sellofan torbaya yığaraq zibil qutularına atıblar.


Qadını doğrayıb kisələrə və sellofan torbaya yığaraq zibil qutularına atıblar.


Tükürpədici hadisə paytaxtın Nəsimi rayonu 4-cü mikrorayon ərazisində baş verib.


Əraziyə baxış keçirən polis və Porkurorluq əməkdaşları məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş zibil qutularında 4 ədəd kisədə və 1 ədəd sellofan torbada doğranmış vəziyyətdə naməlum qadın meyitinin hissələrini aşkar ediblər.


Nəsimi rayon Prokurorluğundan verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.


Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Araşdırmalar davam etdirilir.


Xəbər lenti