Xəzər Xəbər

Məsut Özil Azərbaycana belə dəstək oldu - VİDEO

Veb TV | 20:03 • 27 Yanvar 2021
Məsut Özil Azərbaycana belə

"Fənərbaxça”nın yeni transferi Məsut Özil bugünkü təqdimat mərasimində azərbaycanlı futbol azarkeşlərinə səslənib.

"Bütün Azərbaycana salam olsun".

XəzərXəbər bildirir ki, bunu "Fənərbağça"nın yeni transferi Məsut Özil deyib.

Türkiyə klubu ilə bu gün münasibətləri rəsmiləşdirən ulduz futbolçu Azərbaycandakı "Fənərbaxça" azarkeşlərinə səslənib. İdman Araşdırmalar Mərkəzinin (İAM) keçirdiyi sorğunun nəticəsində Azərbaycanda "İlin döyüşkən legioneri" seçilən yarımmüdafiəçi ölkəmizə gəlmək arzusunu da dilə gətirib: "Hər kəsə təşəkkür edirəm. Qismət olarsa, Azərbaycana getmək istəyərəm. Təkcə oradakı "Fənərbaxça"lılara deyil, bütün Azərbaycana salam göndərirəm".

Qeyd edək ki, Məsut Özil "Fənərbaxça" ilə 3,5 illik müqavilə bağlayıb.


Xəbər lenti