Xəzər Xəbər

Tibb işçiləri peyvənd olunur VİDEO

Veb TV | 19:34 • 27 Yanvar 2021
Tibb işçiləri peyvənd olunur

Ölkəmizdə yanvarın 18-dən etibarən başlanan COVID-19 xəstəliyi əleyhinə vaksinasiya prosesi davam edir. Tibb müəssisəslərində həyata keçirilən peyvəndlənmə çərçivəsində artıq demək olar ki, əksər tibb işçiləri vaksinasiya olunub. Tibbi personal vəziyyətlərinin tam normal olduğunu, özlərini yaxşı hiss etdikləri deyirlər.


Ölkə ərazisində tibb işçilərinin vaksinasiya prosesi davam edir. Belə tibb müəssisələrindən biri də paytaxtdakı 26 saylı birləşmiş şəhər xəstəxanasıdır. Tibb müəssisəsində vaksinasiya üçün 10 otaq ayrılıb.


Xəstəxananın baş həkiminin müavini Nihad Tağıyev bildirib ki, işçi heyətinin müəyyən hissəsi artıq vaksinasiya olunub.


Nihad Tağıyev qeyd edib ki, peyvənd olunan şəxslərin vəziyyəti tam normaldır.


Qeyd edək ki, fevralın 1-dən etibarən vətəndaşların vaksinasiyasına start veriləcək.



Xəbər lenti