Xəzər Xəbər

“İnter” "Milan"ı yenərək yarımfinala yüksəldi VİDEO

Veb TV | 08:42 • 27 Yanvar 2021
“İnter” "Milan"ı yenərək yarımfinala yüksəldi

Futbol üzrə İtaliya kubokunun dörddəbir final mərhələsinin ilk oyunu keçirilib.


Milan şəhərində "Milan” və "İnter” komandaları üz-üzə gəlib. Qarşılaşmanın 31-ci dəqiqəsində Zlatan İbrahimoviç hesabı açaraq, "Milan" azarkeşlərini sevindirib. "İnter” bu qola 71-ci dəqiqədə cavab verib. Romelu Lukaku 11 metrlik cərimə zərbəsini səhvsiz yerinə yetirib. Qarşılaşmanın 98-ci dəqiqəsində "İnter” hesabda önə keçib. Bu dəfə Kristian Eriksenn fərqlənib.


Beləliklə, "İnter” yarımfinala yüksəlib.


Qeyd edək ki, matçın birinci hissəsinin sonunda "İnter"in hücumçusu Romelu Lukaku ilə "Milan"ın forvardı Zlatan İbrahimoviç arasında münaqişə yaranıb. Buna "Milan"ın müdafiəçisi Alessio Romanyolinin Lukaku ilə kobud davranması səbəb olub. Sərt hərəkət belçikalı futbolçunun narazılığı ilə qarşılanıb.


Mübahisəyə İbrahimoviç də müdaxilə edib. Oyunun baş hakimi hər iki futbolçuya qarşıdurmaya görə sarı vərəqə göstərib.


"İnter" – "Milan" - 2:1
Qollar: Lukaku, 71-pen, Eriksen, 90+7 – İbrahimoviç, 31
Qırmızı vərəqə:İbrahimoviç, 58 ("Milan")


Xəbər lenti