Xəzər Xəbər

Horadiz-Füzuli istiqamətində ərazilər minalardan təmizlənir VİDEO

Veb TV | 22:07 • 26 Yanvar 2021
Horadiz-Füzuli istiqamətində ərazilər minalardan təmizlənir

Horadiz-Füzuli istiqamətində ərazilərin minalardan təmizlənməsi işləri davam etdirilir. Bu gün bir qrup media nümayəndəsinin iştirakı ilə Azərbaycan ordusunun mühəndis qoşunlarının istehkamçılarının yerinə yetirdikləri bəzi tapşırıqların praktik nümayişi olub. Əməkdaşlarımız da kommunikasiya sistemlərinin, yolların, əkin sahələrinin təmizlənməsini izləyiblər.


Fizuli camaatının dediyi bir söz var: fizuli qarabağın giriş qapısıdır, Qarabağa gələni qarşılayar, gedəni isə yola salar.


Fizulidəyik. Vətən müharibəsinin başladığı yerdə, dahi Məhəmməd Fizulinin adını daşıyan torpaqlarda. Mənzərə dəhşətlidir. Ətrafda daş daş üstə qalmayıb, salamat bir tikili belə yoxdur, qəbiristanlıqlar dağıdılıb, evlər talan edilib. Müzəffər ordumuz öz işini yekunlaşdırıb, doğma torpaqlarımız düşmən tapdağından azad olub. Amma mühəndis istehkam bölüyü hələ də iş başındadır.


Vətən müharibəsində hər bir Azərbaycan mühəndisi, hər bir Azərbaycan istehkamçısı yüksək peşəkarlıq nümayiş etdirib. Qarabağa gedən yolda, vaxtilə bizi həsrətində olduğumuz Qələbəyə aparan yollarda ciddi iş gedir. Düşmən torpaqlarımızdan geri çəkilsə də, öz xəbisliyindən əl çəkməyib. Lakin o öz niyyətinə də çata bilməyib. Təmizlənən ərazilərimiz dövlət proqramı çərçivəsində kənd təsərrüfatının ixtiyarına verilir. Artıq 2000 hektara yaxın əraziyə arpa və buğda səpilib.


Bizdən xeyli uzaqda partladılan bu sursatın səsi əslində bu torpaqlarda savaşın necə getdiyini bir anlıq da olsa xatırladır. Bu torpaqlarda görüləcək çox işimiz var. Amma əsas odur, bizimdir və bizim qalacaq!





Xəbər lenti