Xəzər Xəbər

Qarabağda kənd təsərrüfatı ilə bağlı yeni planlar – Fermerlər böyük qayıdışı gözləyir VİDEO

Veb TV | 21:31 • 26 Yanvar 2021
Qarabağda kənd təsərrüfatı ilə bağlı yeni planlar – Fermerlər böyük qayıdışı gözləyir

İşğaldan azad edilmiş ərazilərdə görüləcək mühüm işlərdən biri də kənd təsərrüfatının bərpası məsələsidir. Bu proses necə aparılacaq, ayrı-ayrı rayonlarda hansı təsərrüfat növlərinin inkişafı əsas prioritet hesab olunur?


İşğaldan azad edilmiş ərazilər kənd təsərrüfatının inkişaf etdirilməsi üçün əlverişli iqlim və münbit şəraitə malikdir.


Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyir ki, bu torpaqlarda kənd təsərrüfatının bərpası daha çox heyvandarlıq üzərində qurulacaq. Bu da ölkənin ət və süd ehtiyatlarının artmasına səbəb olacaq. Xüsusilə bu sahə üzrə ixtisaslaşan rayonlarda heyvandarlığın səmərə verəcəyi gözlənir. Bundan əlavə, bölgənin ənənəvi təsərrüfat növləri də bərpa ediləcək.


Azad edilmiş ərazilərdə əkin sahələrinin böyük əksəriyyətini isə taxılçılıq və yem məhsulları təşkil edəcək. Bundan başqa, hər rayon üzrə ixtisaslaşdırılmış əkin növlərinin bərpası da diqqət mərkəzində olacaq.


Bölgədə kənd təsərrüfatını canlandırmaq üçün yeni trendlərin də tətbiqi nəzərdə tutulur.


Firdovsi Fikrətzadə deyir ki, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının bərpası ölkənin ixrac potensialının gücləndirilməsinə də səbəb olacaq.


Xəbər lenti