Bakı 4 ℃
Xəzər Xəbər
USD 1.7

Tovuzda bu küçədən keçənlər mütləq ayaq saxlayırlar VİDEO

Veb TV | 242 | 21:12 • 26 Yanvar 2021
Tovuzda bu küçədən keçənlər mütləq ayaq saxlayırlar

Tovuzda bu küçədən keçənlər mütləq ayaq saxlayırlar. Çünki burada divarı 7 metr uzunluğunda olan lövhədə 300-dən çox şəhidin fotoları hazırlanıb. Gördükləri mənzərə insanları həm duyğulandırır, həm qürurlandırır həm də düşündürür.


Küçədəki bu divarı 7 metr uzunluğunda olan lövhədə 300-dən çox şəhidin fotoları bəzəyir. Bu küçə Tovuzda yerləşir və Birinci Qarabağ müharibəsi şəhidi İsə Musayevin adını daşıyır.


Burada təkcə hərbi şəhidlər deyil, mülki şəhidlər, itkin düşən mülki şəxs və hərbçilərimiz haqqında məlumatlar da qeyd edilib. Məqsəd şəhidlərimizin hər birini tanıtmaq, gənc nəslə onlar haqqında bilgi verməkdir. Həmçinin şəhidlərin əziz xatirəsinə bulaq da tikilib ki, buradan ötənlər bulaqdan su içdikcə şəhidlərin ruhuna dualar oxuyurlar.


Lövhə küçənin girişində asıldığından iki küçənin kəsişməsindən keçən hər bir kəs rahatlıqla onu görə bilir. Ayaq saxlayıb rayonun şəhidlərinin adlarını, doğulduğu yeri, təvəllüdü və şəhid olduğu tarix haqqında məlumat əldə edə bilirlər. Qətlə yetirilən körpə uşaqların fotolarının da olduğu bu guşəni gecə saatlarında da işıqlandırılma qurulduğundan rahatlıqla görmək olur.


Rayon sakinləri də bu təşəbbüsü alqışlayır, foto güşənin gələcək nəsillərin tərbiyələnməsində böyük rol oynayacağından əmindirlər.


Şəhid İsə Musayev küçəsinin sakinləri şəhidlər kompleksi adlandırdıqları bu məkanı göz bəbəyi kimi qoruyur, abad, təmiz və hər kəs üçün əziz bir yer kimi saxlayır.


Çox oxunanlar