Xəzər Xəbər

Vəfat edən şəxslə olan xoş xatirələri smartfonda izləmək mümkün olacaq VİDEO

Veb TV | 20:33 • 26 Yanvar 2021
Vəfat edən şəxslə olan xoş xatirələri smartfonda izləmək mümkün olacaq

Türkiyədə koronavirus pandemiyası ilə birgə həyatın bir çox sahələrində geniş yayılmış "barkod” sistemi qəbir daşlarına tətbiq edilib.


Bu barədə xarici mətbuat xəbər verir.


Məlumata görə, qəbir daşı üzərindəki "barkod”u skan etməklə vəfat edənin şəxsi məlumatları bir neçə saniyəyə smartfonun ekranına gəlir. Beləliklə, yaxınları qəbir daşı üzərindəki "barkod”u skan etməklə mərhumla olan xoş xatirələrini, mərhumun CV, video, foto, şeir, dualar və digər məlumatları telefonun ekranından izləyə bilir.


Qeyd edək ki, yeni sistemi Türkiyənin Antalyadakı bir məzar baxım və inşaat şirkəti sahibi Mehmet Çetin təklif edilməyə başlayıb./report


Xəbər lenti

Çox oxunanlar