Xəzər Xəbər

FHN Xırdalanda baş vermiş partlayışla bağlı yeni məlumat yaydı - VİDEO

Veb TV | 10:29 • 26 Yanvar 2021
FHN Xırdalanda baş vermiş partlayışla bağlı yeni məlumat yaydı -

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.


Xezerxeber.az FHN-ə istinadən xəbər verir ki, xilasedicilərin operativ müdaxiləsi və peşəkar fəaliyyəti nəticəsində dağıntı altından 6 nəfər vətəndaş xilas olunub, 1 nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Ümumilikdə, əməliyyata Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətindən 228 nəfər şəxsi heyət, 19 ədəd texnika və 4 xüsusi təlim keçmiş it, Dövlət Yanğından Mühafizə Xidmətindən 20 nəfər şəxsi heyət və 3 ədəd texnika cəlb olunub.


Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.


Xəbər lenti