Bakı 5 ℃
Xəzər Xəbər
USD 1.7

Böyük əziyyətlə yetişdirilən məhsul məhv olur VİDEO

Veb TV | 242 | 22:17, 25 Yanvar
Böyük əziyyətlə yetişdirilən məhsul məhv olur

Azərbaycanda istixana şəraitində yetişdirilən pomidorların Rusiya və Qazaxıstana ixracına qoyulan qadağa bu işlə məşğul olan sahibkarların zərərlə işləmələrinə səbəb olub. Çünki bu vaxtlar həmin pomidorlar qeyd edilən ölkələrə ixrac edilirdisə, hazırda həmin məhsul anbarlarda saxlanır ki, bu da məhsulun məhv olmasına gətirib çıxarır. Məsələyə Qida Təhlükəsizliyi Agentliyindən də münasibət bildirilib.


Böyük əziyyətlə yetişdirilən məhsul məhv olub.


Sahibkarlar bir neçə aydır istehsal etdikləri pomidorları Rusiya və Qazaxıstan bazarlarına çıxara bilmirlər.


Bakının Xəzər rayonu, "Binə sovxozu" adlanan ərazidə yerləşən təkcə bu istixanada il ərzində tonlarla pomidor yetişdirilir. Həmin məhsulların az qismi yerli bazara satışa çıxarılsa da, çox hissəsi Rusiya və Qazaxıstan bazarlarına göndərilir. Ancaq bu iki ölkənin idxala qoyduğu qadağa istixana sahiblərinə zərər vurub.


İstixananın işçisi Elşad Qurbanov deyir ki, dəfələrlə Qida Təhlükəsizliyi Agentliyindən nümayəndələr gələrək pomidorlardan nümunələr götürüblər. Laboratoriyada aparılan araşdırmalardan sonra isə pomidorların tərkibində heç bir problem aşkar edilməyib.


Qida Təhlükəsizliyi Agentliyindən isə bildirildi ki, Agentlik ilə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti arasında aparılan müzakirələr nəticəsində bugünədək 39 pomidor istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib. Hazırda bu istiqamətdə intensiv müzakirələr davam edir.


Çox oxunanlar