Bakı 3 ℃
Xəzər Xəbər
USD 1.7

Ermənistanın 44 günlük müharibə yalanı VİDEO

Veb TV | 386 | 20:52 • 24 Yanvar 2021
Ermənistanın 44 günlük müharibə yalanı

Azərbaycan ordusunun məğlub etdiyi Ermənistan 44 günlük savaşla bağlı film hazırlayıb. Əslində tarixən görmüşük ki qaliblər haqqında filmlərin çəkilsin. Zəfər muzeyləri yaradılsın. Qalibiyyətə imza atan qəhrmanlar tanıdılsın və sair və ilaxır. Lakin söhbət Ermənistandan gedir. Və bu ölkə ordusunun darmadağın olunduğu müdafiə istehkamlarının məhv edildiyi və itkilərinin sayını hələ də xalqına açıqlamadığı 2-ci Qarabağ müharibəsini özünə uyğun ekranlaşdırıb. Lakin gerçəkləri gizlədə bilməyib. Filmdə bir neçə kadra baxmaq kifayətdir ki Ermənistan silahlı qüvvələrinin aciz və qorxaq vəziyyəti izləyiciyə hali olsun.


44 günlük müharibə haqqında Ermənistan Müdafiə Nazirliyinin hazırladığı film yalan maşınının fəaliyyətini bir daha təsdiqləmiş oldu.


Ermənistan döyüşlər vaxtı bölgəyə xüsusi çəkiliş qrupu göndərib. Özü də silahlı sursatlı. Əlində kamera və mikrofon, çiynində isə silah olan jurnalistlərin görüntüsü elə filmin özündə yer alıb. Müharibənin qızğın vaxtlarında Azərbaycan tərəfinə yalanlar yağıdırıb, guya jurnalistlərimizin həm də hərbçi olması barədə məlumatlar tirajlayan Ermənistan tərəfi indi özü öz əməlinin üstünü açır.


Görüntülərdə diqqət çəkən digər məqam isə odur ki, Erməni tərəfi mümkün vasitələrdən istifadə edərək döyüşlər vaxtı xalqda ruh yüksəkliyi yaratmaq üçün əlindən gələni edib, yalan maşınını var gücü ilə çalışdırıb. Amma heç bir faydası olmayıb. Elə filmdə yer alan kadrlar ermənistan silahlı qüvvələrinin nə qədər aciz və qorxaq olduğunu açıq aşkar ortaya qoyur. Azərbaycan əsgərinin ruh yüksəkliyi yaradan, qorxmazlığını sübüt edən görüntüləri müharibə vaxtı hamımız üçün əsl vətənpərvərlik dərsi oldu. Erməni əsgəri isə əksinə... Zorla döyüşlərə gətirilmiş bir insan onun olmayan torpaqlar üçün hansı vətənpərvərliyi göstərsin axı? Filmdəki kadrlar da bunu göstərir: taqətdən düşmüş, həvəssiz və qeyri peşəkar əsgər və zabitlər.


44 gün ərzində biz ordumuzun düşmənə, canlı qüvvə və texnikalara necə zərbələr endirməsi haqda hər gün çoxsaylı məlumat alır və görüntülər izləyirdik. Ermənistanın hazırladığı icmal filmində isə onların hər hansı uğuru, irəliləyişi haqda bir dənə də olsun kadr yoxdur. Sona qədər həyəcan, geri çəkiliş və məğlubiyyət abu havası sezilir.


Film boyu Ermənistan ordusunun təminatsızlığı, çoxsaylı itkilər və əsgər çatışmazlığı səbəbindən döyüşlərə qızları göndərməsi, hərbçi ailələrinin ruh düşkünlüyünü əks etditən kadrları da görmək mümkündür.


Bir sözlə, Ermənistan real müharibədə olduğu kimi, informasiya müharibəsində də Azərbaycana uduzmuş olduğunu bu filmlə təsdiq etdi.


Çox oxunanlar