Xəzər Xəbər

Makrona qarşı aksiya: minlərlə insan küçədə... VİDEO

Veb TV | 20:34 • 24 Yanvar 2021
Makrona qarşı aksiya: minlərlə insan küçədə...

Baden-Badenin mavi gecələri . Fransız xalqı keyf edir. Şərikli çörək filmindəki bu ifadəni yəqin ki xatırlayırsınız. Bu ifadədən bəzən yarı zarafat, yarı gerçək az istifadə etməmişik. Di gəl ki real həyatda fransız xalqı həm də işsizlikdən əziyyət çəkir. Bu səbəbdən ölkə prezidenti Emmanuel Makronun rəhbərlik etdiyi hökumətə qarşı etirazlar davam edir. Növbəti dəfə minlərlə insan paytaxt Paris küçələrinə axışıb.


Fransada hökumətə qarşı növbəti etiraz aksiyası keçirilib.


Aksiya iştirakçıları "qlobal təhlükəsizlik haqqında" qanun layihəsinə və pandemiya dövründə yaranmış işsizliyə qarşı etiraz səslərini ucaldıblar. Minlərlə etirazçı parlamentdən Fransa sahibkarlar təşkilatının binasına qədər yürüş edib.


Aksiya iştirakçıları ölkə prezidenti Emmanuel Makron və hökumət əleyhinə şüarlar səsləndiriblər. Onlar bildiriblər ki, koronavirus pandemiyası dövründə çox sayda tibb işçisi işdən çıxarılıb. Beləliklə xəstəxanalarda vəziyyət acınacaqlı hala gəlib çıxıb.


Aksiya iştirakçılarının etiraz etdiyi digər bir məsələ isə Təhlükəsizliklə bağlı qanuna təklif edilən dəyişiklik olub. Dəyişiklikdə hər hansı bir təhlükəsizlik qüvvəsi əməkdaşının videogörüntüsünün çəkilməsinin qadağan edilməsi nəzərdə tutulur. Etirazçılar isə belə vəziyyətdə polis və təhlükəsizlik qüvvələri əməkdaşlarının insanlara qarşı daha amansız davranacaqlarını düşünürlər.


Qeyd edək ki, ümumi iş konfederasiyası və "sarı jiletlilər"in dəstəklədiyi aksiyada məğrur Fransa partiyasının lideri Jan Lyuk Melanşon da iştirak edib.


Xəbər lenti