Xəzər Xəbər

Şamaxıdakı vulkan evlərin divarını çatlatdı VİDEO

Veb TV | 20:22 • 24 Yanvar 2021
Şamaxıdakı vulkan evlərin divarını çatlatdı

Şamaxı rayonunun Quşçu kəndi ərazisində vulkan püskürüb. Püskürmədən öncə ərazidə güclü uğultu səsi eşidilib. Palçıq vulkanları üçün xarakterik olan alov sütunu bu dəfəki püskürmə zamanı qeydə alınmayıb. Hazırda püskürmə dayansa da, ocaqda qaynamalar davam edir. Ətrafdan kəskin qaz qoxusu gəlir. Püskürmə zonasından 150 metr aralıda evlər yerləşir. İlk dəfə püskürən bu vulkan kənd sakinlərinin əkin sahəsini yararsız hala salıb, silkələnmə nəticəsində 3 evin divarında çatlar əmələ gəlib. Vulkanın püskürdüyü ərazidə tektonik çatlar yaranıb.


Ətraf bir müddət əvəl ağ-appaq qar idi, dünən axşam saatlarında isə bir neçə dəyqə ərzində qar palçıga büründü.


Ötən gün saat 19:30 radələrində Şamaxı rayonunun Quşçu kəndi ərazisində palçıq vulkanı püskürüb. Rayon fövqəladə hallar komissiyasından bildirilib ki, püskürmə kəndin 500 metrliyində qeydə alınıb. Yerli sakinlər püskürmədən əvvəl ərazidə güclü uğultu səsi eşidiblər.


Sakinlərin sözlərinə görə, adətən kənd ərazisində vulkan püskürmələri müşahidə edilir, lakin son vulkan püskürməsi daha güclü olub. Təqribən 5 dəqiqə ərzində yerin dərinliyindən çıxan lava 3 hektar ərazidə torpağın üz səthinə yayılıb. Bu ərazi 8 kənd sakininin payızlıq əkin sahəsi olub.


Bölgəyə AMEA Geologiya və Geofizika İnstitutunun və Ekologiya və Təbii sərvətlər Nazirliyinin əməkdaşları gəlib. Bildirilir ki, bu vulkan həmin ərazidə ilk dəfədir ki, püskürüb. Bundan 2 kilometr aralıda isə 3 il əvvəl püskürən başqa bir vulkan ocağı var.Vulkanın püskürdüyü ərazidə tektonik çatlar da yaranıb.


Aparılan monitorinqlərdən sonra ilkin nəticələr əldə olunub. Vulkanın püskürmə səbəbi də bəlli olub.



Qeyd edək ki, palçıq vulkanları üçün xarakterik olan alov sütunu budəfəki püskürmə zamanı qeydə alınmayıb.Vulkanın səbəb olduğu silkələnmə nəticəsində 3 evin divarında çatlar əmələ gəlib. Təbiət hadisəsinin elmi araşdırmaları davam etdirilir.


Xəbər lenti