Bakı 7 ℃
Xəzər Xəbər
USD 1.7

Kuryerə bəxşiş əvəzinə maşın hədiyyə edildi VİDEO

Veb TV | 120 | 10:32 • 24 Yanvar 2021
Kuryerə bəxşiş əvəzinə maşın hədiyyə edildi

Pizza kafesində 31 ildir kuryer işləyən Robert Petersə bəxşiş əvəzinə maşın hədiyyə edilib.


REN TV-nin məlumatına görə, hadisə ABŞ-ın İndiana ştatının Tipton şəhərində baş verib.


Müştərilərindən birinin təşəbbüsü ilə başlayan aksiyada Petersə 19 min dollar dəyərində avtomobil alınıb.



Müştərilərin sözlərinə görə, o, hər zaman işinə məsuliyyətlə yanaşıb və müştərilərə müsbət emosiyalar bəxş edib.


"15 sent qalığı qaytarmaq üçün o, bəzən küləkli havada bir neçə km yol qət edə bilər. Bu, mənəviyyatdır”, - deyə aksiyanın təşəbbüskarı Tanner Lengli bildirir.


Lenqli kuryerə dəfələrlə bəxşiş vermək istəsə də, Peters hər zaman bundan imtina edib. Nəhayət o, kuryerə yeni bir avtomobil alınması üçün şəhər sakinləri arasında yardım kampaniyasına başlayıb.


Qeyd edilir ki, Petersin özünün avtomobili olub. Ancaq maşın 1993-cü il istehsalı olduğu üçün "tökülürdü”.



Cəmi iki günə sakinlər tələb olunan məbləği topladılar. Lenqli bu pula maşın alaraq, açarı kuryerə təqdim edib.


"Bu hadisələr o qədər sürrealdır ki, inana bilmirəm”, - deyə kuryer bildirib./oxu.az



Rubrikanın digər xəbərləri

Yolda köməksiz qalmış iki nəfər xilas edilib
Yolda köməksiz qalmış iki nəfər xilas edilib video
23 | 14:53 • 7 Mart 2021
Füzuli rayonunun Qarakollu kəndi
Füzuli rayonunun Qarakollu kəndi video
42 | 10:18 • 7 Mart 2021
Şəhid Ramil Musayevin övladı dünyaya gəldi
Şəhid Ramil Musayevin övladı dünyaya gəldi VİDEO
88 | 21:47 • 6 Mart 2021
Azərbaycanın ordusunda yeniliklər olacaq
Azərbaycanın ordusunda yeniliklər olacaq VİDEO
115 | 21:35 • 6 Mart 2021
Dövlət Neft Fondu dünyada ilk beşliyə düşdü
Dövlət Neft Fondu dünyada ilk beşliyə düşdü VİDEO
112 | 21:26 • 6 Mart 2021
Arazda balıq ehtiyatları niyə azalıb?
Arazda balıq ehtiyatları niyə azalıb? VİDEO
93 | 21:07 • 6 Mart 2021
Qarabağa qaytarılacaq ilk köçkünlər onlar olacaq
Qarabağa qaytarılacaq ilk köçkünlər onlar olacaq VİDEO
106 | 20:49 • 6 Mart 2021
Azərbaycanda 623 məktəbdə direktor yeri boşdur
Azərbaycanda 623 məktəbdə direktor yeri boşdur VİDEO
111 | 20:36 • 6 Mart 2021

Çox oxunanlar