Xəzər Xəbər

Heydər Əliyev Fondu və "Bravo"nun dəstək aksiyaları davam edir - VİDEO

Veb TV | 21:15 • 23 Yanvar 2021
Heydər Əliyev Fondu və "Bravo"nun dəstək aksiyaları davam edir -

Azad edilmiş rayonlarda yerləşən qoşunlarımızın təminatının daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər davam etdirilir.

Xezerxeber.az-ın məlumatına görə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü, Heydər Əliyev Fondunun dəstəyi və "Bravo" supermarketlər şəbəkəsinin təşkilatçılığı ilə bir neçə aydır davam edən dəstək aksiyası növbəti dəfə Qubadlı rayonunda təşkil olunub.

Rayonda xidmət edən hərbi qulluqçularımıza zəruri ərzaq məhsulları göndərilib. Qubadlıda müxtəlif istiqamətlər üzrə 2 min 399 bağlama əsgərlərə çatdırılıb.

Xocavənddə də əsgərlərimizə ərzaq məhsuları çatdırılıb. 2 min 700-ə yaxın bağlama fərdi qaydada hərbi qulluqçılarımıza təqdim olunub.

Görüş zamanı "Bravo" əməkdaşları əsgərlərimizlə söhbət edərək onların istəklərini qeydə alıblar. Bildirilib ki, bu cür aksiyaların keçirilməsi davamlı olacaq və növbəti günlərdə işğaldan azad olunmuş digər ərazilərə də səfərlər təşkil ediləcək.

Xezerxeber.az mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edir:


Xəbər lenti