Xəzər Xəbər

Rusiyada etiraz aksiyaları keçirilir - VİDEO

Veb TV | 20:25 • 23 Yanvar 2021
Rusiyada etiraz aksiyaları keçirilir -

Rusiyanın müxtəlif regionlarında Aleksey Navalnının tərəfdarları etiraz aksiyalarına başlayıblar.

Xezerxeber.az-ın məlumatına görə, ilk mitinq Xabarovsk şəhərində olub.

Nümayişlər paralel olaraq Novosibirsk, Vladivostok, Tomsk, Ulan-Ude, Kemerovo və digər şəhərlərdə keçirilir. Etirazçılar hakimiyyət əleyhinə şüarlar səsləndirərək, Navalnının azadlığa buraxılmasını tələb edirlər.

Hüquq mühafizə orqanları isə icazəsiz etiraz aksiyalarına qatılanlara ciddi xəbərdarlıq edib. Artıq bir neçə gün öncədən Navalnının tərəfdarlarından saxlananlar və ya cərimələnənlər olub.

"Yakutsk Veçerniy" qəzetinin məlumatına görə, Yakutskdakı nümayişdə 13 nəfər polis məntəqəsinə aparılıb. Ümumilikdə isə mitinqlərə görə 200-dən çox insan saxlanıb. Etiraz aksiyası Moskvada da keçirilib. Avropanın bir sıra şəhərlərində, eləcə də ABŞ və İsraildə də Navalnının azadlığı tələbi ilə mitinqlərin təşkili gözlənir.

Qeyd edək ki, yanvarın 17-də Almaniyadan geri qayıdan Aleksey Navalnı Moskvada "Şeremetyevo" hava limanında saxlanıb. Növbəti gün məhkəmə ona 30 günlük həbs verib. Bu müddət bitdikdən sonra Navalnının işi ilə bağlı yenidən məhkəmə keçiriləcək. Ona maliyyə fırıldaqçılığı və sınaq müddətini dəfələrlə pozmağa görə 10 ilədək həbs cəzası verilə bilər. Siyasətçi özü bu ittihamları rədd edir.

Xezerxeber.az mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edir:


Xəbər lenti