Xəzər Xəbər

Mağazalardan məhsul alarkən əlcəkdən istifadə edin - Həkim -infeksionistdən tövsiyə - VİDEO

Veb TV | 20:09 • 23 Yanvar 2021
Mağazalardan məhsul alarkən əlcəkdən istifadə edin -

Virus dondurulma və soyuq saxlama şəraitində uzun müddət yaşaya və qablaşdırmadan insanlara keçə bilər.

Xezerxeber.az-ın məlumatına görə, bunu həkim -infeksionist Sədrəddin Atakişizadə deyib.

Onun sözlərinə görə, son bir ilin təcrübəsi göstərir ki, koronavirus hava-damcı yolu ilə keçir. Eyni zamanda, virus əşyalar vasitəsilə də yayılır. Koronavirusun səthlərdə qalıcılıq müddəti isə müxtəlifdir.

Mütəxəssis hesab edir ki, mağazalardan məhsul alarkən əlcəkdən istifadə edilməldir.

Həkim-infeksionist xatırladıb ki, virusla bağlı təhülükə hələ qalmaqdadır. Odur ki, sanitar-gigiyenik qaydalara riayət edilməsi vacibdir.

Xezerxeber.az mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edir:


Xəbər lenti