Xəzər Xəbər

Ermənilər Zəngilan şəhər qəbiristanlığını dağıdıb, meyitlərin qızıl dişlərini çıxarıblar - VİDEO

Veb TV | 19:27 • 23 Yanvar 2021
 Ermənilər Zəngilan şəhər qəbiristanlığını dağıdıb, meyitlərin qızıl dişlərini çıxarıblar  -

Ermənilərin azərbaycanlıların yaşadıqları tarixi torpaqları işğal altında saxladıqları zaman maddi-mədəniyyət abidələrini talan edib, məzarlıqları dağıdıb.

Xezerxeber.az-ın məlumatına görə, erməni vandalizmi Zəngilan şəhərinin məzarlığından da yan keçməyib.

Dəhşətli haldır ki, ermənilər qəbirləri dağıdaraq meyitləri çıxarıblar. Zəngilan şəhər məzarlığında meyitlərin qızıl dişləri çıxarılıb.

Ermənilər eyni zamanda məzarlıqdakı ağ və qara mərmərdən hazırlanmış qəbir daşlarını da söküb aparıblar.

Qeyd edək ki, Zəngilan rayonu ərazisinə bir şəhər, 6 qəsəbə və 78 kənd daxildir. Zəngilan rayonu 29 oktyabr 1993-cü ildə təcavüzkar Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Azərbaycan ordusunun kecirdiyi əks-hücum əməliyyatı nəticəsində ötən ilin 20 oktyabr tarixində rayon düşmən işğalından azad edilib.

Xezerxeber.az mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edir:


Xəbər lenti