Bakı 2 ℃
Xəzər Xəbər
USD 1.7

Ucarda su kanallarından çıxarılan lil qatı yol kənarına tökülür - Sakinlər narazıdır - VİDEO

Veb TV | 195 | 21:45, 23 Yanvar
Ucarda su kanallarından çıxarılan lil qatı yol kənarına tökülür -

Hər il olduğu kimi qış mövsümündə su kanal və arxları qazılaraq təmizlənir. Qazılan lil qatı isə yük maşınlarına yığılaraq daşınmaq əvəzinə, yol kənarına tökülür.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Ucar rayonunun Qazqumlaq kəndindən gedir.

Burada su arxlarından çıxarılan lil qatının daşınmaması sakinlərin narazılığına səbəb olub.

Sakinlərin sözlərinə görə, aidiyyatı qurumlara bu haqda dəfələrlə məlumat verilsə də, heç bir nəticəsi olmayıb.

Ucar Su- Kanal İdarəsinin baş mühəndisi Asif Orucov "Xəzər Xəbər"ə şifahi olaraq bildirib ki, rayon ərazisində 1600 km. uzunluğunda daşıyıcı və paylayıcı kanal və arxlar var. Onun sözlərinə görə, kanal və arxlar hər qış mövsümündə bu cür təmizlənir. Həmin su kanallarının sağ və sol sahilində 6-8 metr mühafizə zolağı var. Bu cür hallarda qazılan lil qatı həmin mühafizə zolağına tökülür. Asif Orucov deyib ki, bir çox hallarda sakinlər tərəfindən mühafizə zollaqları zəbt olunduğu üçün məcburiyyətdən lil qatı yol kənarlarında qalır. O ki qaldı Qazqumlaq kəndində sakinləri narahat edən məsələyə, yaxın günlərdə həmin yoldakı torpaq və lil qatı yük maşınlarına yığılaraq daşınacaq.

Xezerxeber.az mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edir:


Çox oxunanlar