Xəzər Xəbər

Abşeron və Cəlilabad rayonlarında qətl törədilib - VİDEO

Veb TV | 19:11 • 23 Yanvar 2021
Abşeron və Cəlilabad rayonlarında qətl törədilib -

Cəlilabadda ər arvadını qətlə yetirib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Cəlilabad rayonunun Uzuntəpə kəndində baş verib.

Rayon sakini 52 yaşlı Qədirağa Mirzəyev qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı 54 yaşlı Yəmən Mirzəyevaya baş nahiyəsindən dəmir alətlə vuraraq qətlə yetirib.

Qədirağa Mirzəyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Abşeronda da qəlt hadisəsi törədilib.

Dünən axşam saatlarında Saray qəsəbəsində 1972-ci il təvəllüdlü Bədirov Tofiq Güləli oğlunun yaşadığı evdə meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin qonşusu 2003-cü il təvəllüdlü İsmayıl Əliyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Tofiq Bədirovu boğaraq qəsdən oldürməsinə əsaslı şübhələr müəyyən edilib.

İsmayıl Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hər iki faktla bağlı cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edir:


Xəbər lenti