Bakı 2 ℃
Xəzər Xəbər
USD 1.7

İqtisadi Zonaların İnkişafı Agentliyi yerli istehsalı genişləndirməyə kömək edəcək - VİDEO

Veb TV | 171 | 23:39, 23 Yanvar
İqtisadi Zonaların İnkişafı Agentliyi yerli istehsalı genişləndirməyə kömək edəcək -

İqtisadi Zonaların İnkişafı Agentliyi Azərbaycanda bu sahəyə dövlət dəstəyəni artırmağa və yerli istehsalı genişləndirməyə kömək edəcək.

Xezerxeber.az-ın məlumatına görə, bunu millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov ölkə başçsının fərmanı ilə yaradılan yeni Agentlik barədə danışarkən bildirib.

Onun sözlərinə görə, İqtisadi Zonaların İnkişafı Agentliyi sənayə məhəllələri və parklarının daha səmərəli fəaliyyətini təmin edəcək.

"Sumqayıt Kimya Sənaye Parkı" Məhdud Məsuliyyətli Cəmiyyətin əsasında yaradılan Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti 7 üzvdən ibarət Müşahidə Şurası həyata keçirəcək.

Şuraya üzvlər aidiyyatı dövlət qurumları tərəfindən təyin ediləcək. Millət vəkilinin sözlərinə görə, Agentlik yerli istehsalın artımına təkan verəcək.

Vüqar Bayramov deyib ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin fəaliyyətinə verilən dəstək sayəsində daha innovativ məhsulların istehsalı da mümkün olacaq. Bu da yerli istehsalın dünya bazarında rəqabət qabiliyyətini gücləndirəcək.

Fərmana əsasən, Nazirlər Kabineti iki ay müddətində Agentliyin nizamnamə layihəsini və təkliflərini hazırlayıb ölkə başçısına təqdim etməlidir.

Xezerxeber.az mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edir:


Çox oxunanlar