Bakı 5 ℃
Xəzər Xəbər
USD 1.7

Daxili İşlər Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət edib - VİDEO

Veb TV | 182 | 19:54, 23 Yanvar
Daxili İşlər Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət edib -

"İnstagram"da saxta profillər açılır və dələduzluq yolu ilə digər istifadəçilərə pullu xidmətlər təklif edilir. Sonda isə vətəndaşlar həm pulundan olur, həm də istədiyi xidməti ala bilmir.

Xezerxeber.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə, xüsusilə "instagram"da bu cür dələduzluq faklarının artması ilə bağlı vətəndaşlara müraciət edib.

Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev deyib ki, belə səhifə adminləri izləyicilərinə sosial şəbəkə hesab parollarını qırmaq və ya başqa bir şəxsin mesajlarının izlənilməsinin mümkünlüyü ilə bağlı vədlər verir. Bəzən də izləyici sayı çox olan səhifələri satışa çıxararaq, ödənişi onlayn formada qəbul etdikdən sonra səhifələr sifarişçiyə təqdim olunmur.

Elşad Hacıyevin sözlərinə görə, bu cür çağırışları ilə diqqəti özünə cəlb edən şəxslərin "xidmətləri"ndən təəssüf ki, istifadə edən vətəndaşlara da rast gəlinir. Vətəndaşlara belə həssas məsələlərdə diqqətli olmaq tövsiyə edilir.

Nazirlik vətəndaşları sosial şəbəkələrdə ayıq-sayıq və diqqətli olmağa çağırır, bu tipli səhifələrə ödəniş etmədən öncə nazirliyin təsdiq ikonlu "polisazerbaycan" adlı səhifələrinə yazaraq dələduzluq faktı ilə üzləşmədən məlumat vermələri xahiş olunur.

Xezerxeber.az mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edir:


Çox oxunanlar