Xəzər Xəbər

16 yaşlı azərbaycanlının hazırladığı oyun "Appstore"da dünya reytinqinə yüksəldi VİDEO

Veb TV | 21:14 • 22 Yanvar 2021
16 yaşlı azərbaycanlının hazırladığı oyun "Appstore"da dünya reytinqinə yüksəldi

16 yaşlı Sahib Zülfüqar böyük marağa səbəb olan milli bir oyun yaradıb. Bu mobil oyunda Azərbaycanın tarixi Şuşa şəhəri ünvan kimi əks olunur. Oyunun adı "Cırtdann"dır. Divi aldadıb işıq gələn tərəfi seçən cırtdanın Şuşadakı oyununu bu günədək 15 min nəfər yükləyib.


Azərbaycanın tarixi şəhəri Şuşa bu dəfə mobil oyunda öz əksini tapıb. 16 yaşlı yeniyetmə Sahib Zülfüqar yaratdığı oyuna milli nağıllarımızın əsas personajı olan cırtdanınn adını verib və oyuna işğaldan azad olunan Şuşa şəhərimizi əlavə edib. Oyunun son lokasiyasında şəhərin tarixi yerləri əks etdirilib.


Sahib Zülfüqar deyir ki, bu oyunu ötən ilin yayında, vətən müharibəsi başlamazdan cəmi bir müddət əvvəl yaradıb. Xüsusilə ordumuzun ardıcıl qələbələrindən sonra o Şuşa lokasiyasını oyuna əlavə etmək qərarına gəlib. Bundan əlavə haqlı mübarizəmizdə bizə dəsdək olan dövlətlərin bayarqları da oyunda əks olunub.


Son yenilənmə ciddi marağa səbəb olub və yükləmə sayı artıb. Sahib deyir ki, indiyə qədər 15 min nəfər bu oyunu endirərək oyunayır. Hazırda oyun 4.7 ulduzlu dəyərləndirmə ilə "appstore"də ən yüksək dəyərləndirmə alan oyundur.


Sahib indiyə qədər bir neçə yarışlarda iştirak edib və mükafatlarla təltif edilib. Onun ən böyük məqsədi proqramlaşdırma biliklərini inkişaf etdirməkdir.



 


Xəbər lenti