Bakı 5 ℃
Xəzər Xəbər
USD 1.7

Bayden Rusiya ilə münasibətləri dəyişməyəcək VİDEO

Veb TV | 114 | 17:41, 22 Yanvar
Bayden Rusiya ilə münasibətləri dəyişməyəcək

ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden Rusiya ilə silah müqaviləsinin müddətini uzatmaq niyyətindədir. "The Vashington Post" qəzetinin yazdığına görə Co Bayden özündən əvvəlki prezidentlərdən fərqli olaraq rəsmi Moskva ilə münasibətləri yeniləməyəcək. Bu arada respublikaçılar demokratların liderinə keçmiş prezident Donald Tramp üzərində impiçment prosesi ilə bağlı təklif göndəriblər. Həmçinin Nümayəndələr Palatasında yeni prezident Co Baydenin də impiçmentinin müzakirəsi təklif edilib.

 

ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin rəhbərlik etdiyi administrasiya strateji hücum silahlarının azaldılması və məhdudlaşdırılmasına dair tədbirlər barədə müqavilənin müddətini beş il uzatmaq istəyir.

 

Bu barədə "The Vashington Post" qəzeti yazır. ''Bu müqavilə ABŞ-ın milli təhlükəsizliyinin mənafeyinə uyğundur və Rusiya Federasiyası ilə münasibətlərin ziddiyyətli olduğu vaxtda daha da məntiqlidir" - deyə yüksək çinli bir amerikalı məmur qəzetə açıqlama verib. Amerikalı rəsmilərin fikrincə, Vaşinqton administrasiyasının yeni rəhbəri soyuq müharibə bitəndən bəri bir çox ABŞ prezidentinin ənənəsinə zidd olaraq, Moskva ilə ikitərəfli münasibətləri yeniləmək fikrində deyil.

 

Qəzet yazır ki, Bayden Rusiyanın ABŞ-dakı 2020 seçkilərinə ehtimal olunan müdaxiləsi, Aleksey Navalnı ilə bağlı vəziyyət, Rusiyanın Əfqanıstanda qərb koalisiyasının hərbi qulluqçularına qarşı hücumlara görə muzdlu döyüşçülərə pul mükafatı ödəməyə hazır olması, eləcə də bu yaxınlarda Amerikanın hökumət obyektlərinə edilmiş kiberhücumlarla bağlı tam dəyərləndirmələr aparılmasını istəmək niyyətindədir.

 

Bu arada Konqresin senatında Respublikaçı azlığının lideri Mitç Makkonnel demokratların lideri Çak Şumerə keçmiş prezident Donald Tramp üzərində impiçment prosesinin birinci mərhələsinin qrafiki üzrə təklif göndərib. Respublikaçıların təklifinə uyğun olaraq, konqresin nümayəndələr palatası yanvarın 28-də senata ittihamnaməni verməlidir. Bundan sonra Trampa impiçment maddələrinə cavab hazırlamaq üçün bir həftə, məhkəməyə qədərki qeydləri təqdim etmək üçün daha bir həftə vaxt verilməsi təklif olunur.

 

Beləliklə, respublikaçılar Trampa proses zamanı müdafiəyə hazırlıq üçün 11 fevrala qədər vaxt vermək istəyirlər. Daha sonra nümayəndələr palatasında onun öz təkzibini təqdim etmək üçün iki gün vaxtı olacaq. Təklif edilmiş qrafikə əsasən, senatda impiçment üzrə proses 13 fevraldan tez olmayaraq başlanacaq.

 

Eyni zamanda Konqresə müzakirə üçün yeni prezident Co Baydenin de impiçmenti ilə əlaqədar maddə də təqdim edilib. Sənəd Nümayəndələr Palatasının üzvü Marcori Teylor Qrin tərəfindən təqdim edilib. Bu barədə o, özünün feysbukdakı videomüraciətində bildirib. Qeyd edək ki, Qrin daha əvvəl özünün Baydenin dövlət başçısı səlahiyyətini icra etməsinin birinci günündə onun impiçmentinə təşəbbüs etmək niyyəti haqqında məlumat verib.

 

 

Çox oxunanlar