Xəzər Xəbər

Azərbaycanla Türkmənistan arasında mühüm tarixi sənəd imzalandı VİDEO

Veb TV | 21:49 • 21 Yanvar 2021
Azərbaycanla Türkmənistan arasında mühüm tarixi sənəd imzalandı

Azərbaycan hər zaman Xəzər dənizində dialoq, əməkdaşlıq və sabitlik mühitinin formalaşması üçün səylər göstərib. HələSSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən kəşf edilən yatağın Azərbaycan və Türkmənistan tərəfindən birgə istismarına dair memorandum imzalanıb. Memorandum Azərbaycanın tranzit ölkə əhəmiyyətini daha da artıracaq.

Xəzər dənizində 32 il əvvəlaşkar edilən yatağın Türkmənistanla birğə işlənməsinə qərarverilib..."Dostluq" yatağı ilə bağlı "Anlaşma Memorandumu"nun imzalanması tarixi hadisədir və ölkəmizin neft-qaz strategiyasının inkişafındaböyük əhəmiyyət kəsb edir.

Hələ 1970-1980-ci illərdə Xəzər dənizində yeni yataqlar aşkarlandı, neft emalı, neft-kimya sənayesi kimi sahələr yenidən quruldu vəbununla da Azərbaycanın neft sənayesində yeni dövr başladı. Ümummilli liderin təşəbbüsü ilə "Xəzərdənizneft" İstehsalat Birliyi yarandı və bununla da Xəzərin bütün sektorlarında istismar işlərinin aparılması Azərbaycan neftçilərinə həvalə edildi.

Bu gün Aşqabadda Azərbaycan hökuməti ilə Türkmənistan hökuməti arasında imzalanan "Xəzər dənizində "Dostluq" yatağının karbhidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu" da uğurlu neft strategiyamızın davamıdır. Belə ki, Azərbaycanın "Kəpəz", Türkmənistanın isə "Sərdar" adlandırdığı və zəngin neft-qaz ehtiyatlarının olduğu yatağın uzun illər istismarı mümkünsüz olub. Yalnız iki dost ölkənin dövlət başçılarının səyləri nəticəsində sözügedən yatağın işlənməsi üçün zəmin yaranıb.

Yataq hələ Sovetlər dönəmində Azərbaycan neftçiləri tərəfindən kəşf edilib və bu gün ondan səmərəli istifadə üçün kifayət qədər imkanlar var.

Memorandum həm də neft və qaz ixracatçısı olan Azərbaycanın tranzit ölkə əhəmiyyətini daha da artıracaq.Mövcud şərait də istehsal olunan məhsulun beynəlxalq bazara sərbəst çıxışına imkan yaradır.

Memarandumun imzalanması sübut edir ki,Xəzər dənizində bütün məsələlər yalnız dialoq və əməkdaşlıq mühitində həll oluna bilər.

Xəbər lenti