Xəzər Xəbər

Azadlığa gedən yol şəhidlər xiyabanından başladı VİDEO

Veb TV | 21:41 • 21 Yanvar 2021
Azadlığa gedən yol şəhidlər xiyabanından başladı

Bu il Azərbaycan xalqı 20 yanvarı ilk dəfə tam fərqli qeyd etdi. 20 yanvar matəm, hüzn, ağrı günündən daha çox vətən torpaqlarının azad edilməsi ilə şəhid ruhlarının şad olduğu qürurlu, iftixar edilən tarix kimi anıldı. Azərbaycan gəncləri vətən torpaqlarını azad etmək üçün fədakarlıq, qəhrəmanlıq nümunələrinə çevrildilər. Həmin gənclərin 20 yanvar şəhidlərini ziyarəti fərqli oldu: alnı açıq, üzü ağ.

Azadlığa gedən yol şəhidlər xiyabanından başladı.

Bu il Azərbaycan xalqı 20 Yanvarı ilk dəfə olaraq tam fərqli qeyd etdi. Xiyabana giriş əvvəlki illərdən fərqli olaraq pandemiyaya görə 5 nəfərlik qruplarla təşkil edilsə də bu, ziyarətə gələn şəxslərin mənəvi borclarını yerinə yetirməsinə mane olmadı. Qaydalar çərçivəsində kiçikdən böyüyə hər kəs şəhidləri ziyarət edib, ruhlarına dualar oxudular.

20 Yanvar matəm, hüzn, ağrı günündən daha çox Vətən torpaqlarının azad edilməsi ilə şəhid ruhlarının şad olduğu qürurlu, iftixar edilən tarix kimi anıldı. Vaxtilə 20 Yanvar faciəsini daha da alovlandıran Dağlıq Qarabağ münaqişəsi artıq geridədir. Şəhidlərin azadlıq, istiqlaliyyət uğrunda tökdükləri qan yerdə qalmayıb. Müstəqil Azərbaycan dövləti qurulub və bu dövlət bu gün tarixində ən güclü dövrünü yaşayır.

Qeyd edək ki, bu il Şəhidlər xiyabanının ziyarətçiləri arasında gənclər daha çox müşahidə olundu. Bu gənclərin sıraları əvvəllər heç vaxt görmədikləri Qarabağ torpaqlarını, Şuşanı azad edənlərlə zəngindir. Bütün nəsillərin bu böyük Qələbədə zəhməti, payı olsa da, sözsüz ki,düşmənə döyüş meydanında ən böyük zərbəni Azərbaycan gəncləri vurdu. Axı həmin gənclər milli ruhda tərbiyə alıb, Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetirmələridir.

Bu dəfə 20 Yanvarı təkcə qərənfillər xatırlatmadı, zəfərin rəmzi olan Xarı Bülbül də bu sıraya qoşuldu.

20 Yanvar Azərbaycan xalqının qəlbində daha çox qəhrəmanlıq abidəsi kimi ucaldı. Xalqımız 20 Yanvarı iftixar ünvanı, milli ruhun sarsılmazlığı günü kimi 2021-ci ilin anım təqviminə yazdı. Sözsüz ki, bu yeni xətt növbəti illlərdədaha da möhkəmlənəcək, 20 Yanvarın qeyd edilmə xüsusiyyətlərinin dəyişməsinə səbəb olacaq.

Xəbər lenti