Xəzər Xəbər

Ağsu aşırımında avtomobillərin hərəkəti çətinləşdi - Yol buz bağladı VİDEO

Veb TV | 19:35 • 21 Yanvar 2021
Ağsu aşırımında avtomobillərin hərəkəti çətinləşdi - Yol buz bağladı

Qar Bakı-Şamaxı-Yevlax avtoamagistiralının dağlıq ərazilərindən keçən hissəsində və Ağsu dolayılarında gecə saatlarında bir sıra çətinliklər yaradıb. Yollar buz bağlayıb. Qar səbəbindən Lerik rayonunda da gecə saatlarında dağlıq ərazilərdə yollar donub. Rayonun ucqar kəndlərində qarın qalınlığı 40 santimetrə çatıb.


Ötən gündən ölkədə müşahidə olunan şaxtalı hava nəticəsində bəzi ərazilərə qar yağıb, yollar buz bağlayıb.



Belə hava hazırlıqsız sürücülər üçün elə də ürəkaçan olmayıb. Xüsusilə də Bakı-Şamaxı-Yevlax və Ağsu dolayılarında sürücülər çətin anlar yaşayıb. Qarlı hava şəraiti avtomobil yollarında hərəkətin intensivliyinə öz təsirini göstərib. Xüsusilə də Ağsu dolayılarında axşam saatlarında yola çıxan sürücülər hərəkət edə bilməyib.


Hazırda dolaylarda nəqliyyat vasitələrinin hərəkəti üçün problemlər aradan qaldırılıb. Bölgəyə qarın yağması davam etdiyindən gecə saatlarında yolların buz bağlaması ehtimalını nəzərə alaraq sürücülərə ehtiyyatlı olmaları tövsiyyə edilir.


Cənub bölgəsinə də güclü qar yağıb. Lerkin dağlıq əraziləri olan Orand, Kələxan,Veri, Pirəsura və Misatan kəndlərinədə qarın qalınlığı 40 sm, rayon mərkəzində isə 15-20 santimetrə çatıb. Gecə saatlarında avtomobil yollarının buz bağlaması səbəbindən hərəkət çətinləşsə də gündüz yollar təmizlənib.


Xəbər lenti

Çox oxunanlar