Bakı 6 ℃
Xəzər Xəbər
USD 1.7

Qanlı gecənin şahidindən qan donduran açıqlamalar VİDEO

Veb TV | 191 | 21:35, 20 Yanvar
Qanlı gecənin şahidindən qan donduran açıqlamalar

20 yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun zirvəsi, milli azadlıq istəyinin oyanış günüdür. Bu günün şahidlərindən biri də güllə yağışına məhəl qoymayan, yaralıları xəstəxanaya çatdıran həkimlərimiz, tibb işçilərimiz olub. Onlardan biri - həkim Yusif Musayev "Xəzər Xəbər"ə gördüyü dəhşətləri danışıb.


"Belə faciənin baş tutacağına inanmırdıq. O gecə çox ağır idi bizim üçün. Bakı küçələrində nələr görmədik ki... - əzilmiş maşınlar, sınmış işıq dirəkləri, bütün yol boyu dağıntılar.... Güllələr yağış kimi yağırdı".


1990-cı il qanlı 20 yanvar gecəsini belə xatırlayır Yusif Musayev. O, həmin gecə səhərə kimi növbədə olan həkimlərdən biri olub. O zaman 2 saylı bölmədə səyyar həkim kimi fəaliyyət göstərən Yusif Musayev deyir ki, həkimlərə dayanmadan güllə atırdılar, yaralılara yardım etməyə imkan vermirdilər.


Gecədən səhərə kimi təcili yardım maşını ilə bütün Bakı küçələrini gəzən Yusif həkim deyir ki, şəhərə girən hərbçilər hətta təcili tibbi yardım avtomobillərinə də atəş açırdılar. Həmin gecə həkimlər arasında yaralılar və şəhid olanlar da olub.


Həmin gecə şəhərdəki bütün işıqlar söndüyündən həkimlərimiz hətta şam işığında cərrahi əməliyyatlar aparıblar.


"Çox gənclər gözümün qarşısında şəhid oldu" deyir Yusif həkim. Amma o gecə heç bir şey Azərbaycan xalqının iradəsini qıra bilmədi və milli iradəmizin zəfər çaldığı günə çevrildi.



Çox oxunanlar