Xəzər Xəbər

Xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi VİDEO

Veb TV | 20:58 • 20 Yanvar 2021
Xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi

Qanlı yanvar gecəsindən 31 il ötür. Bu gün də Azərbaycan xalqı həmin gecə canını fəda edən şəhidlərimizi yad etmək üçün Şəhidlər xiyabanına axın edib. Amma bu dəfə şəhidlərin hüzuruna əvvəlki illərdən fərqli təəssüratla - qələbə ab-havası ilə gəliblər.

 

Şəhidlər Xiyabanı bu il də qərənfil yağışına qərq oldu. Səhər saatlarından vətəndaşlar vəfa borclarını yerinə yetirmək üçün bu məkana üz tutdular. Pandemiya qaydaları gözlənməklə Şəhidlər Xiyabanı insan axınına məruz qaldı.

 

Buradakı şəhidlərimiz Azərbaycanın müstəqilliyi uğrunda əliyalın şəkildə Sovet tanklarının qarşısına çıxmışdılar. Onları heç nə qorxutmurdu. Yalnız bir amalları var idi: Azərbaycan suveren olsun. İstəkləri yerinə yetdi, ruhları rahatdır.

 

Ziyarətçilər bu gün Şəhidlər Xiyabanına əvvəlki illərdən fərqli təəssüratla, qələbə ab-havası ilə gəldiklərini bildiriblər.

 

Şəhidlərmizi ziyarət edənlər arasında Pakistanın Azərbaycandakı səfiri də olub.

 

Nə qədər ki, Azərbaycan xalqı var, sizlər unudulmayacaqsınız, müstəqilliyi bizə qazandıran "ölməzlər". Ruhunuz şad olsun!

 

Xəbər lenti