Bakı -1 ℃
Xəzər Xəbər
USD 1.7

Koronavirusun yeni naməlum mutasiyası aşkarlandı VİDEO

Veb TV | 157 | 19:28, 20 Yanvar
Koronavirusun yeni naməlum mutasiyası aşkarlandı

Koronavirus infeksiyası ilə yanaşı onun mutasiyaya uğramış növləri də dünyada sürətlə yayılmağa davam edir. ABŞ-da virusun daha bir yeni növü aşkar edilib. Virusun Britaniya növü isə artıq 60 ölkədə qeydə alınıb.


ABŞ-ın Kaliforniya ştatında alimlər koronavirusun naməlum mutasiyasının aşkar edilməsi haqqında məlumat yayıblar.


Bu barədə "The Nyu York Times" qəzeti xəbər verib.Mütəxəssislər koronavirusun Britaniya variantı nümunələrinin axtarışlarının gedişatında Covıd-19-un yeni ştammını aşkar ediblər. Nəticədə infeksiyanın Kaliforniya növü məlum olub. Hazırda mutasiyanın koronavirusun başqa variantları ilə müqayisədə daha çox öldürücü olmasına dair sübut yoxdur. Həmçinin Kaliforniya mutasiyasının nə qədər yoluxucu olması barədə məlumat verilmir.


İlk olaraq Böyük Britaniyada müşahidə olunan yüksək yoluxuculuğa malik koronavirus ştammı isə artıq dünyanın 60 ölkəsində yayılıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı açıqlama verib. Məlumatda Cənubi Afrikadan gəldiyi bildirilən koronavirus növünün daha 3 ölkədə müəyyən edildiyi və virus mutasiyasının ümumi sayının 23-ə çatdığı da qeyd edilib.


Təşkilat həmçinin COVID-19-un mövsümi infeksiya olma qabiliyyətini qiymətləndirib. ÜST-ün Rusiyadakı nümayəndəsi Melita Vuynoviç bu barədə bildirib. O qeyd edib ki, COVID-19-un mövsümi xəstəliyə çevrilməsinin ilkin şərtlərinin olub-olmadığı sualına birmənalı cavab vermək üçün bir neçə fəsli müşahidə etmək lazımdır. Peyvəndlərin nə qədər toxunulmazlıq təmin etdiyini və yüksək immunitet əldə etməkdə peyvənd proqramlarının nə qədər təsirli olduğunu öyrənmək lazımdır. ÜST nümayəndəsi vaksinlər sayəsində pandemiyanın azalma ehtimalı olduğunu deyib.


Çox oxunanlar