Bakı 11 ℃
Xəzər Xəbər
USD 1.7

20 Yanvar Televiziya blokunun partladılmasından başlandı - Vasif Babayev danışır VİDEO

Veb TV | 179 | 20:39 • 20 Yanvar 2021
20 Yanvar Televiziya blokunun partladılmasından başlandı - Vasif Babayev danışır

20 yanvar hadisələri zamanı ilk olaraq Azərbaycan Dövlət Televiziyasının enerji bloku partladılır. Bununla da ölkə informasiyadan uzaq qalır və vətənddaşlar baş verən hadisələri vaxtında öyrənə bilmirlər. Həmin dövrdə televiziyanın baş rejisoru olan Vasif Babayev hadisənin şahidlərindəndir. SSRİ xalq artisti olan Vasif Babayev həmin anları "Xəzər Xəbər"ə danışıb.


Qanlı yanvar gecəsində sovet ordusunun ilk işi Azərbaycan xalqını informasiyasız və insanları baş verəcək hadisələrdən bixəbər qoymaq idi. Buna görə də, 20 yanvar qətliamı zamanı bu məkirli missiya qüsursuz yerinə yetirilməli və yeganə televiziya olan azərbaycan televiziyasının enerji bloku partladılmalı idi. Həmin dövrdə televiziyanın baş rejisoru olan, SSR xalq artisti Vasif Babayev baş verən hadisələrin canlı şahidi olub. Bildirir ki, həmin gün axşamın əsas xəbərlərinin montajı artıq son mərhələdə idi. Saat 8-də efirə gedəcək günün əsas xəbərinin başlamasına yarım saatdan bir az çox vaxt qalırdı. Xəbərlərin əsas hissəsi müstəqillik sədaları yüksələn xalqın keçirdiyi azadlıq mitinqlərinə həsr olunmuşdu.


Enerji bloklarına yerləşdirilən bombalar oranı tamamilə darmadağın edir. Televiziyanın yayımı isə anidən kəsilir. Vasif Babayev deyir ki, həmin vaxtı orada bloklara nəzarət edən iki mühəndis bloklara bombaların yerləşdirilməsinin şahidi olublar. Onlar əlisilahlılar tərəfindən tutularaq aparılıb. Elə bu səbəbdən də hadisədən televiziyada olan işçilər xəbərsiz olublar.


Vasif Babayev deyir ki, hadisə baş verəndən sonrakı günlər onlara yayıma başlamaq və sovetlərin maraqlarına xidmət edən xəbərlər yayımlanmaq tapşırılır.


Yanvarın 26-da isə Vasif Babayev də olmaqla 3 televiziya işçisi və ümumilikdə 46 azərbaycanlı saxlanılaraq rusiyaya aparılır.


Vasif Babayev deyir ki, enerji bloku partladılan Azərbaycan televiziyası yanvarın 27-də yayıma başlayıb.


Çox oxunanlar