Bakı 11 ℃
Xəzər Xəbər
USD 1.7

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib - VİDEO

Veb TV | 172 | 15:12 • 20 Yanvar 2021
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib -

20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən Azərbaycan Ordusunda şəxsi heyətə vətənpərvərlik nümunələrinin təbliğ edilməsi, mənəvi və döyüş ruhunun yüksəldilməsi istiqamətində silsilə tədbirlər keçirilib.


Müdafiə Nazirliyinindən xezerxeber.az-a verilən məlumata görə, tədbirlər çərçivəsində hərbi qulluqçular Şəhidlər xiyabanlarını ziyarət edib, hərbi hissə, müəssisə və təşkilatlarda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım mərasimləri təşkil olunub.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzində tədbirlər keçirilib, eləcə də 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidələr ziyarət edilib.


Çox oxunanlar